0
Wednesday 8 March 2017 - 16:56

Ərbakan: Türkiyə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb

Story Code : 616222
Ərbakan: Türkiyə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb
İslamazeri.az xəbər verir ki, Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi açıqlamasını verməsi, xüsusən fələstinlilər başda olmaqla islam dünyasında böyük etirazla qarşılandı. Trampın ABŞ prezidenti seçilməsi ilə islam dünyasında bu məsələdə şiddətli etirazların edilməsi və bu vəziyyətin bir müharibə başladacağı iddialarının davam etdiyi bir vaxtda Türkiyənin sabiq baş naziri, məşhur dövlət xadimi, siyasətçi Nəcməddin Ərbakanın oğlu, "Ərbakan" Fondunun rəhbəri Fatih Ərbakan Türkiyənin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və bu barədə əlində sənəd olduğunu açıqlayıb.

Fatih Ərbakan "Tasnim"ə verdiyi müsahibədə bu açıqlamaları verib;

İsrailin Qəzza embarqosu davam edir. Yenə yardımları Aşdot limanına aparacaqsınız. Və İsrail "istədiyim kimi paylayaram",- deyəcək. Onsuz da həmişə elə olub.

Zülm isə eynilə davam edir. Bu müqavilədən iki həftə sonra Qəzzaya bombardman edilir. Hər zaman olduğu kimi. O müqavilədə çox daha qorxunc olan bir nöqtə var. "İki dövlətin paytaxtlarında xarici işlər nazirləri tərəfindən imzalanıb. Türkiyənin paytaxtı Ankara, İsrailin paytaxtı isə Qüds yazır". Bu müqavilənin sənədini də saxlayırıq. Fotosurəti bizdə var.

Türkiyə Respublikası belə bir müqavilənin altına imza atıb. Dəhşətli bir vəziyyətdir. Görüləcək bir iş deyil. Türkiyə bu müqavilə ilə Qüdsün İsrailin paytaxtı olduğunu təsdiq etmiş olur. Əvəzində isə 20 milyon dollar ödənir. Lütf ödənişi. Görünür daha əvvəlki hadisələrdə də bunu ediblər. Çox rəzil bir vəziyyətdir. Türkiyə və İsrail bu müqavilə ilə yaxınlaşaraq Aralıq dənizindəki qaz ehtiyatlarını Türkiyə üzərindən Avropaya daşımaq üçün Şimali Kiprə boru kəməri ilə ötürülən suyun İsrailə çatdırılması üçün özünə zəmin hazırlayır.
Source : Islamazeri
Comment