0
Wednesday 8 March 2017 - 17:34

Mətbuat Şurasının sədri Mehman Hüseynovun həbsi barədə danışdı

Story Code : 616225
Mətbuat Şurasının sədri Mehman Hüseynovun həbsi barədə danışdı
İslamazeri.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Mehman Hüseynovun həbs edilməsinə münasibət bildirərkən belə deyib. O hesab edir ki, azadlıqdan məhrum etmək cəzası bu və ya digər şəkildə jurnalist peşəsinə aidiyyatı olan şəxslər üçün ağır cəzadır: "Çünki prinsipcə jurnalistlər həm təbiət etibarilə daha çox azaddırlar, həm də cəmiyyətə azad yaşamağı aşılayacaq qədər nümunəvidirlər. Ancaq hiss etdiyim ağırlıq hüquqi dövlətin prinsiplərinə xələl gətirmək qədər ağır ola bilməz. Nəhayət, jurnalistlər də vətəndaşdırlar və bütün vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşımalıdırlar. Mehman Hüseynov həmçinin."

O qeyd edib ki, Mehman Hüseynovun hazırladıqları materiallar tənqidi ruhlu idi: "Belə bir adam barədə azadlıqdan məhrumetmə hökmünün çıxarılması istər-istəməz başqa söz-söhbətlərə yol aça bilər və açdı da. Bir sıra beynəlxalq təşkilatlar hadisəni söz və ifadə azadlıqlarının pozulması kontekstində dəyərləndirdilər. Ancaq bu belə deyil. Çünki Mehmandan da kəskin yaradıcılıq üslubu olan jurnalistlər var ki, onlara kimsə nəsə demir. Digər tərəfdən, həmin jurnalistlərin gerçək jurnalistikaya daha çox aidiyyatı var, nəinki Mehmanın. Bunu hər kəs çox gözəl anlayır. Sadəcə bəzilərinin anlamaq istəmədiyi məqamlar var. Bu da siyasi baxışlarla əlaqədardır. Mehman Hüseynovla bağlı məhkəmə qərarına reaksiyalar da əsasən siyasi ritorika məhsulu kimi görünür. Eynilə ona qarşı çıxanlar, onu jurnalist kimi qəbul etməyənlər də var. Elə təəssürat yaranır ki, jurnalistin durumuna reaksiyalar, elə əks-reaksiyalar da əvvəldən hazırlanıbmış".

MŞ sədri məsələdən siyasi divident götürmək cəhdinin yolverilməz olduğunu vurğulayıb. O, ortada daha çox bu cəhdi gördüyünü və təəssüfləndiyini qeyd edib. Ə.Amaşov hər bir halda məsələnin Mətbuat Şurasının diqqətində olduğunu vurğulayıb.
Source : Islamazeri
Comment