0
Sunday 27 March 2011 - 11:06

ABŞ-ın ikiüzlü siyasəti

Story Code : 61677
ABŞ-ın ikiüzlü siyasəti
ABŞ-ın ikiüzlü siyasəti
ABŞ Suriya rəhbərliyinə Misirdə baş verən hadisələrdən dərs almağın lazım olduğunu bildirib.

APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Robert Qeyts İsrailə səfəri çərçivəsində belə bir bəyanatla çıxış edib.

Bəhreyn və Yəməndə günahsız insanların qətliamına kənardan tamaşa edən ABŞ, İsrailin siyasətlərinə qarşı çıxan Suriya hakimiyyətini tənqid edib. Suriya xalqının bir hissəsinin etiraz aksiyası keçirdiyini görən Amerika bu ölkədə baş verən hadisələri öz xeyrinə tamamlamaq niyyətindədir.

Pentaqon rəhbəri Suriya xalqını Misirdə baş verənləri təkrarlamağa, ordunu da inqilaba dəstək verməyə çağırıb: «Misirdən indi gəldim. Misirdə ordu kənarda dayanaraq xalqın aksiyalar keçirməsinə icazə verdi. İnqilaba qüvvə qazandırdı. Suriyalılar da bundan dərs ala bilərlər».

Qeyd edək ki, ABŞ bundan əvvəl verdiyi bəyanatlarda Suriya rəhbərliyini aksiya iştirakçılarına qarşı zor tətbiq etməməyə çağırıb.
Comment