QR CodeQR Code

Türkiyədən Niderlanda sanksiya XƏBƏRDARLIĞI

11 Mar 2017 14:31

IslamTimes - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlanda sanksiyalarla bağlı xəbərdarlıq edib.


Modern.az-ın Trükiyə KİV-nə istinadən məlumatına görə, nazir qeyd edib ki, Niderland onun təyyarəsinin uçuşuna icazə verməyəcəyi ilə bağlı hədələyir.
“Bu gün Roterdama uçuram. Əgər Niderland uçuş icazəmi ləğv etsə, biz ciddi sanksiyalar tətbiq edəcəyik".
M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək istəyir.
Qeyd edək ki, Almaniya da ötən həftə türkiyəli nazirlərin iştirakı ilə keçiriləcək bir neçə mitinqə icazə verməmişdi.


Story Code: 617179

News Link :
https://www.islamtimes.org/az/news/617179/türkiyədən-niderlanda-sanksiya-xəbərdarliği

Islam Times
  https://www.islamtimes.org