0
Monday 13 March 2017 - 21:12

Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin məhkəməsi keçirilib

Story Code : 617937
Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin məhkəməsi keçirilib
İslamazeri.az-ın verdiyi xəbərə görə, Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, ilahiyyatçı Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cabir Əliyev və Mübariz İbrahimov ifadə verərək, günahsız olduqlarını deyiblər.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruzi İsmayılov ifadə verərək, ittihamları qəbul etmədiyini deyib.

R. İsmayılov ifadə verərkən, məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin yaxınları səs-küy salaraq, etiraz edib. Buna görə hakim onları zaldan çıxarıb.

Proses martın 27-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Onu da qeyd edək ki, Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.
Source : İslamazeri
Comment