QR CodeQR Code

Ağdamda partlayışlar başlayıb

28 Mar 2011 08:10

IslamTimes - Azərbaycanın Ağdam rayonunun ermənilərin işğalı altında olan ərazilərindən partlayış səsləri eşidilir


APA-nın Qarabağ bürosu xəbər verir ki, güclü partlayış səsləri təxminən bir saat əvvəldən eşidilməyə başlayıb.

Cəbhəyanı yaşayış məntəqələrindən sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, partlayışlar Şahbulaq dağı və Uzundərə adlanan ərazilər istiqamətində müxtəlif fasilələrlə qeydə alınır.

Məlumata görə, düşmən işğal altındakı ərazilərdə o qədər də böyük olmayan hərbi təlim keçirir. Bunun üçün isə bəzən artilleriyadan istifadə edilir.

Digər məlumata görə isə ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədi ilə partlayışlar törədirlər.

Xatırladaq ki, Şahbulaq dağ massivlərində tikintidə istifadə olunan mişar daşı yataqları mövcuddur.


Story Code: 61842

News Link :
https://www.islamtimes.org/az/news/61842/ağdamda-partlayışlar-başlayıb

Islam Times
  https://www.islamtimes.org