QR CodeQR Code

Koalisiya qüvvələri Sirt şəhərini bombalayıb

28 Mar 2011 08:20

IslamTimes - Qərb koalisiya qoşunları Liviya lideri Müəmmar Qəddafinin doğulduğu Sirt şəhərini bombalayıb


Bu barədə məlumatı Liviya peyk telekanalı “Əl-Cəmahiriya” yayıb.

Telekanal bildirib ki, hava zərbələri mülki və hərbi obyektlərə endirilir. Hərbi və mülki əhali arasında itkilər barədə məlumat verilmir.

Ərəb telekanalları Liviya ordusuna məxsus məhv edilmiş onlarla tank və zirehli maşınları göstərib. 

Qərbin hücumları nəticəsində yüzlərlə günahsız insanların həlak olduğu bildirilir.


Story Code: 61843

News Link :
https://www.islamtimes.org/az/news/61843/koalisiya-qüvvələri-sirt-şəhərini-bombalayıb

Islam Times
  https://www.islamtimes.org