QR CodeQR Code

Suriya xalqından Bəşar Əsədə dəstək

28 Mar 2011 12:15

IslamTimes - Suriyada minlərlə insan küçələrə axışaraq Bəşar Əsədi dəstəklədiklərini açıqlayıblar. Xalq Qərb və İsrailə bağlı bir qrup insanın ölkədə iğtişaş törətmək planlarını məhkum edib


"IslamTimes" "Şinheva" xəbər agentliyinə istinadən xəbər verir ki, Suriyanın Dəməşq şəhərində minlərlə insan küçələrə axışaraq əllərində Suriyanın bayrağını tutub, Bəşar Əsədi dəsdəklədiklərini açıqlayıblar. 

Aksiyada iştirak edənlər bildirib ki, xalq Suriyada sakit və aram həyat tərzi sürür. Onlar Suriyada yüksək əmniyyətə görə Bəşar Əsədə borclu olduqlarını söyləyiblər. 

Aksiya Bəşər Əsədin islahat proqramları qəbul etdiyindən sonra baş tutub. 

Xalq Bəşər Əsədə qarşı çıxan qrupun Qərb və İsrailə bağlı insanlar olduğunu bildirib. 

Nəzərinizə çatdıraq ki, Suriya hakimiyyəti indiyədək İsrailin Fələstində törətdiyi cinayətlərə qarşı çıxıb və onların Suriya torpaqlarından istifadə edərək çirkin planlar həyata keçirməyinə mane olub. 

Öncə xəbər verdiyimiz kimi, Suriyada mobil telefonlar vasitəsi ilə xalqı etiraz aksiyalarına səsləyən sms-lərin çoxunun İsraildən göndərildiyi üzə çıxıb. Bundan əlavə olaraq Suriyada gərginlik yaratmaq məqsədi olan bir neçə İsrail casusu da həbs edilib.


Story Code: 61904

News Link :
https://www.islamtimes.org/az/news/61904/suriya-xalqından-bəşar-əsədə-dəstək

Islam Times
  https://www.islamtimes.org