0
Sunday 19 March 2017 - 17:09

Bu gün imamlar anası Fatimeyi-Zəhranın (s.ə) mövlududur

Story Code : 619700
Bu gün imamlar anası Fatimeyi-Zəhranın (s.ə) mövlududur
İslaminSesi xəbər verir ki mövlud bu günə yəni hicri-qəməri tarixi ilə camadius-sani ayının 20-ə təsadüf edir.

Şiə alimlərinin əksəriyyətinin nəzərinə görə Fatimeyi Zəhra peyğəmbərin peyğəmbərliyə çatmasından 5 il sonra dünyaya gəlib. Bu məsələni Əllamə Məclisi, Təbərsi, Kuleyni, İrbili, Nişaburi, Şeyx Səduq və sair öz əsərlərində qeyd ediblər. Şiə alimlərindən yalnız Şeyx Mufid Hədaiqur-Riyad əsərində imamlar anasının besətdən 2 il sonra (Məhəmməd peyğəmbərin 42 yaşında) dünyaya gəldiyini təkidlə vurğulayır.

Əhli-Sünnə alimlərinin böyük əksəriyyəti o həzrətin besətdən 5 il öncə (Məhəmməd peyğəmbərin 35 yaşında ikən) dünyaya gəldiyini vurğulayırlar. Lakin nəzərə alsaq ki hz Fatimə peyğəmbərin Xədicədən olan 6 övladının ən kiçiyidir bu nəzər iradla üzləşər.

Rəvayətlərə görə, hz Xədicə bin Xuvəylid Fatimeyi Zəhraya hamilə olarkən ağırlıq və ağrı hiss etməzdi və o hz Fatiməni rahat şəkildə dünyaya gətirə bildi. O həmişə bətnindəki Fatimə ilə danışaraq ünsiyyət qurardı.

Həzrət Fatimə elə kiçik yaşlarından bütpərəstlərin və müşriklərin atasına verdiyi əziyyətləri görürdü. Hz Fatimə Bəni-Haşimlə birgə müşriklərin zülmündən “Şib Əbi-Talib”ə sığınanda çox çətinliklər gördü. Hədislərə görə hz Fatimə bu 3 il iqtisadi mühasirə dövründə şiddətli və ağrılı xəstəliklər yaşadı. “Şibi-Əbi-Talib” dərəsindən yeni qurtulan hz Fatimə anası Xədiceyi-Kubranı itirir. Bundan sonra Məhəmməd peyğəmbər daha çox yalnızlıq yaşayır. Hz peyğəmbərin əziyyətlərini görən və ona yetirilən xəsarətlərə və yaralara məlhəm qoyan kiçik Fatimə atası tərəfindən “Ümmu Əbiha” (atasının anası) ləqəbini alır.

Qeyd edək ki mövlud günü münasibətilə bir çox müsəlman və dünya ölkələrində eləcə də Azərbaycanın məscid və dini məkanlarında bayram mərasimləri keçirilib və keçiriləcək.
Source : Islaminsesi
Comment