0
Monday 20 March 2017 - 13:39

Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib

Story Code : 619881
Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Kinşak bildirib
Binanın pəncərəsinin şüşəsi sınıb. A. Kinşak səfirliyin həmin binasının əvvəllər istifadə edildiyini bildirib. Həmin binada konsulluq şöbəsi yerləşib. Ancaq sonradan yaxınlıqdakı yaşayış məhəlləsi silahlı birləşmələrin nəzarətinə keçdikdən sonra təhlükəsizliklə əlaqədar binanın istifadəsi dayandırılıb. Binada yalnız yerli mühafizəçi olub.
Comment