QR CodeQR Code

Trampın reytinqi ən aşağı səviyyəyə enib

20 Mar 2017 14:14

IslamTimes - ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.


APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.
Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi  qiymətləndirib.
Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.


Story Code: 619898

News Link :
https://www.islamtimes.org/az/news/619898/trampın-reytinqi-ən-aşağı-səviyyəyə-enib

Islam Times
  https://www.islamtimes.org