0
Monday 20 March 2017 - 14:14

Trampın reytinqi ən aşağı səviyyəyə enib

Story Code : 619898
Trampın reytinqi ən aşağı səviyyəyə enib
APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.
Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi  qiymətləndirib.
Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
Comment