0
Tuesday 29 March 2011 - 07:50

Çavesdən ABŞ-a xəbərdarlıq

Story Code : 61999
Çavesdən ABŞ-a xəbərdarlıq
Çavesdən ABŞ-a xəbərdarlıq
 Venesuela prezidenti Uqo Çaves, bəyan edib ki, ABŞ imperializmi və onun müttəfiqləri onu Qəzzafiylə bir sıraya qoyaraq gələcəkdə «hərbi hədəf»ə çevirmək istəyirlər.

«İndi hamımız imperializmin maskasını atdığını, əxlaqı kənara tulladığını və yalançı bəhanədən istifadə edərək Liviya şəhərlərini bombaladığını və dinc sakinləri öldürdüyünü görürük. Onlar Çavesi öz xalqını təqib edən qəddar diktator kimi göstərmək istəyirlər», deyə Çaves bildirib.

Venesuela lideri həmçinin bildirib ki, imperializmin siyahısında başqa Latın Amerikası ölkələrinin liderləri də var, lakin «Uqo Çavesin adı birincidir».
Comment