QR CodeQR Code

İngiltərə sürətlə müsəlmanlaşır

29 Mar 2011 08:50

IslamTimes - İslamı qəbul edən ingilislərin əksəriyyətini gənclər təşkil edir


Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, İngiltərədə müsəlmanların sayı sürətlə artır. Aparılan araşdırmalar göstərir ki, yalnız ötən il xristianlıqdan imtina edərək İslamı qəbul edən britaniyalıların sayı 5200 nəfər olub.

Rəsmi Londonu ən çox narahat edən məqam isə İslamı qəbul edən ingilislərin əksəriyyətinin gənclər olmasıdır. Bundan başqa, İslamı qəbul edən xristian ingilislərin arasında qadınların sayı da get-gedə artır.

Nəticədə Böyük Britaniyada İslamı qəbul edən xristianların sayı 100 minə çatıb.
Svansi Universitetinin professoru Kevin Bryusun dediyinə görə, İslamı qəbul edən ingilislərin tam əksəriyyətinin dediyinə görə, İslam paklıq dinidir. İngilislərin İslama üz tutmasında cəmiyyətdə əxlaqsızlıq, əyyaşlıq, pornoqrafiyaya meyl və s. kimi bəlaların miqyasının böyüməsi də təsirli amildir.


Story Code: 62007

News Link :
https://www.islamtimes.org/az/news/62007/ingiltərə-sürətlə-müsəlmanlaşır

Islam Times
  https://www.islamtimes.org