0
Friday 24 March 2017 - 23:31

Gəncə axundunun işdən çıxarıldığı deyilir

Story Code : 621206
Gəncə axundunun işdən çıxarıldığı deyilir
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Gəncə şəhəri Şah Abbas məscidinin axundu Röya Balayevin vəzifəsindən uzalaşdırıldığı deyilir.

Bu barədə məlumat yayan Aypara.tv saytı yazır ki, Röya Balayev QMİ-yə işdən azad edilməsilə bağlı ərizə yazıb.

Onun axund vəzifəsindən uzalaşdırımasında Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun adı hallanır. Belə ki, iddiaya əsasən, R.Babayevin işdən uzaqlaşdırılmasına səbəb kimi T.Abbasovla "yola getməməsi" göstərilir.

Bildirilir ki, Hacı Röya artıq ikinci cümədir ki, namazda iştirak etmir.

"Onun barədə maraqlananlara isə ailə üzvlərindən birinin səhhətində yaranmış narahatlığa görə öz hesabına məzuniyyətə çıxdığını bildirir.

Hazırda Hacı Röya öz vəziyyətini aydınlaşdırmaq məqsədilə QMİ rəhbərliyi ilə görüşlərə can atır. Vəziyyət aydınlaşana qədər Röya Balayevin məsciddə oturmağını Gəncə şəhər İcra Hakimiyyətindən tələb etsələr də, QMİ-dən məsciddə olmaması barədə təkidli göstəriş aldığı bildirilir" - " - məlumatda deyilir.

Xatırladaq ki, Röya Balayev təxminən bir ildir ki, Gəncədə axund vəzifəsinə təyin edilmişdi. Yerli dindarlar arasında böyük nüfuz qazandığı deyilən Hacı Röya, uzun illərdən sonra Şah Abbas məscidində cümə namazını bərpa etmişdi.

QMİ bununla bağlı heç bir açıqlama verməyib.
Source : İslamazeri
Comment