QR CodeQR Code

Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır

25 Mar 2017 21:10

IslamTimes - Türkiyənin “Hürriyet” qəzeti yazır ki, 2016-cı ilin may ayında Suriyadakı ABŞ Xüsusi Qüvvələri əsgərlərinin qollarında kürd Xalq Müdafiə Birlikləri və ya YPG-nin nişanları görünəndə Ankara buna hiddətlə reaksiya vermişdi.


“Hürriyet” yazır ki, ötən həftə YPG-nin emblemi artıq Suriyanın şimalındakı Afrin şəhərinə yeridilmiş Rusiya əsgərlərinin qollarında görünüb.

Bu ərazi Türkiyə sərhədinə olduqca yaxındır və Ruisya özünün “atəşkəsin monitorinqi stansiyasını” məhz burada, kürd qüvvələri ilə Türkiyənin dəstəklədiyi gücləri ayıran cəbhə xəttində qurublar.

“Hürriyet” qəzetinin müəllifi hesab edir ki, indiki vəziyyət faktiki olaraq Türkiyəyə “Rusiya əsgərlərini vurmaq riskinə girmək istəmirsinizsə, YPG-yə qarşı heç nə etməməlisiniz” deməkdir.


Story Code: 621489

News Link :
https://www.islamtimes.org/az/news/621489/türkiyə-ilə-rusiya-arasında-gərginlik-yenidən-alovlanır

Islam Times
  https://www.islamtimes.org