0
Wednesday 30 March 2011 - 06:48

Qərb Qəddafinin əlində aciz qalıb?

Story Code : 62172
Qərb Qəddafinin əlində aciz qalıb?
Qərb Qəddafinin əlində aciz qalıb?
Liviya diktatoru Müəmmar Qəddafini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama ABC telekanalına müsahibəsində bildirib.
Obama deyib ki, hərbi əməliyyatlar Qəddafini fiziki cəhətdən aradan qaldırılmasını məqsəd güdmür.
“Qəddafinin hakimiyyətdən getməsi bir qədər vaxt tələb edir. Bir günə onu istefa verməsinə məcbur etmək mümkün deyil. Xatırlayın ki, hərbi əməliyyatlar yalnız doqquz gündür ki davam edir ” - ABŞ prezidenti bildirib.
Obama deyib ki, Qəddafi hakimiyyətinin sonu yaxınlaşır. “Mən səy göstərəcəm ki, o hakimiyyətdən getsin və biz hadisələrin sonrakı inkişafını müzakirə edirik”, Obama bildirib.
Comment