QR CodeQR Code

Ərdoğan İraq parlamentində çıxış edib

30 Mar 2011 06:55

IslamTimes - İraqda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həmkarı Nuri əl Maliki ilə görüşüb


Danışıqların gündəmidə dayanan əsas məsələ terrorla mübarizə, o cümlədən, yaxın Şərq və Şimali Afrikadakı proseslər olub. 2 saatdan çox davam edən görüşdən sonra media qarşısına çıxan Ərdoğan terrorla mübarizədə İraq və Türkiyənin birgə səyləri artıracağını vurğulayıb.
Orta Asiyada baş verən hadisələrlə bağlı demək olar ki, eyni fikirdə olduqlarını qeyd edən Ərdoğan İraqda siyasi islahatların aparılmasını məmnunluqla qarşıladığını dilə gətirib.
İraq hökümətinin başçısı Nuri əl Maliki isə yaxın şərq hadisələri ilə bağlı xalqın tələblərinə qulaq asmağın vacibliyinə diqqət çəkib. Terrorla birgə mübarizə mövzusuna da toxunan baş nazir Əl Qaidə və PKK terror təşkilatlarının adını yanaşı çəkib.
Səfər çərçivəsində 2 ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq anlaşması da imzalanıb. Ərdoğan daha sonra İraq parlamentində deputatlara qarşında çıxış edib. Türiyənin baş naziri İraq prezidenti Cəlal Tələbani ilə də görüşüb. Görüşdə regional problemlər və birgə əməkdalıq məsələləri ətrafında müzakirələr aparılıb.


Story Code: 62173

News Link :
https://www.islamtimes.org/az/news/62173/ərdoğan-iraq-parlamentində-çıxış-edib

Islam Times
  https://www.islamtimes.org