QR CodeQR Code

Almaniya Qarabağ probleminin həllini tapıb

IslamTimes , 30 Mar 2011 11:59

Reporter :

Islamtimes - Bu barədə Alman Xarici Siyasət Şurası rəhbəri Aleksandr Rar açıqlama verib.


islamtimes.org/az/ - ″Əgər beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanı Avropa Birliyinə və NATO-ya qatarsa, uzun müddətli Qarabağ problemini həll etmək mümkün olar″

Bu barədə Alman Xarici Siyasət Şurası rəhbəri Aleksandr Rar açıqlama verib. Rarın fikrinə görə, əgər bu iki ölkə bu beynəlxalq strukturlardan birinə girsə, Qarabağ problemini asanlıqla həll etmək imkanı əldə edilər.

Hərbi əməliyyatların təkrar başlamasına və status-quonun mauhafazəsi ilə bağlı olaraq Rar, status-quonun bir az da olsa dəyişməsi vəziyyətində belə bunun yalnız sülh istiqamətində olacağını bildirib.

″Bu anda hərbi əməliyyatların təkrar başlama şansı azdır. Status-quo Azərbaycandan başqa hər kəs üçün əlverişlidir və beynəlxalq cəmiyyət bölgədə arzu edilməyən hadisələri qabaqlamaq üçün kifayət qədər ağırlığa sahibdir″ deyən mütəxəssis, sözlərinin ardınca Azərbaycanın hər nə qədər Qarabağı hərbi yolla əldə etməyə hazır olduğu istiqamətindəki bəyanatlarına baxmayaraq, hərbi əməliyyatların onlar üçün də əlverişli olmadığını və bu ölkə rəhbərliyinin bunu çox yaxşı anladığını da iddia etdi.

″Bu Azərbaycan iqtisadiyyatındakı xarici sərmayəçiləri soyudar, bu sərmayələr isə böyük səviyyədədir ″ deyən Rar, ancaq bunun Azərbaycanın iqtisadi mənfəətlərindən hərəkətlə Qarabağı geri almaq düşüncəsinə mane olmayacağını da vurğuladı.


Story Code: 62250

News Link :
https://www.islamtimes.org/az/news/62250/almaniya-qarabağ-probleminin-həllini-tapıb

Islam Times
  https://www.islamtimes.org