QR CodeQR Code

Milli Şura mitinq qərarı verdi – 9 aprel, saat 15:00

Nur.az.com , 30 Mar 2017 21:04

İslamtimes - Cəmil Həsənli Milli Şura olaraq mitinq təyin etdik. Aprelin 9-u saat 3-də Məhsul Stadionunda hakimiyyətin özbaşınalıqlarına, yarıtmazlıqlarına birlikdə etiraz edək!


Milli Şura martın 22-dən başladığı mitinq müzakirəsini başa çatdırıb. Qurumun Koordinasiya Mərkəzinin martın 29-da keçirilən iclasında Bakıda mitinqlərə başlamaq barədə qərar verilib. Qərara alınıb ki, ilk mitinq aprelin 9-da, saat 15:00-da, “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yanı) keçirilisin. Bunun üçün Bakı şəhər icra hakimiyyətinə müraciət olunacaq.

Mitinq qərarını AXCP sədri Əli Kərimli feysbuk səhifəsində canlı yayımla elan edib. AXCP lideri həmçinin vətəndaşları dinc etiraz mitinqində hamılıqla iştiraka çağırıb.


Story Code: 623176

News Link :
https://www.islamtimes.org/az/news/623176/milli-şura-mitinq-qərarı-verdi-9-aprel-saat-15-00

Islam Times
  https://www.islamtimes.org