0
Saturday 6 June 2009 - 10:51

YUNANISTAN POLISINƏ İSLAM DƏRSI VERILIR

Story Code : 6234
YUNANISTAN POLISINƏ İSLAM DƏRSI VERILIR
Yunanıstan polisinin suriyalı bir miqrantı döyərək, maşınındakı Quranı cırması nəticəsində baş verən hadisələrdən sonra Yunanıstan hökuməti yeni üsula əl atıb. CNN-nin məlumatına görə, hökumət 14 nəfərin yaralandığı, 45 nəfərin həbs edildiyi iğtişaşların bir daha təkrarlanmaması üçün yunan polisinin İslam dini barədə maariflənməsinə qərar verib. Yunan Polis Təşkilatı (ELAS) indi əməkdaşlarına “İslam adət və ənənələri” adlı dərs keçir.
ELAS yaxın günlərdə polis əməkdaşlarına paylamaq üçün “Müsəlmanlarla davranış” kitabçası da hazırlayır. Kitabçada polis idarələrində müsəlmanların dini həsasslığının nəzərə alınması, Ramazan ayında onlara qarşı daha mülayim davranılması, müsəlmanların ibadətgahlarına ayaqqabıları çıxararaq girmək, çadralı qadınlardan yaylıqlarını açmağı tələb etməmək, namaz qılarkən namazın bitməsini gözləmək kimi tələblər qoyulub.

Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinada əksəriyyəti əfqan, pakistanlı və iraqlılardan ibarət 700 minə ədər müsəlman yaşayır.
Source : ANS PRESS
Comment