0
Thursday 31 March 2011 - 09:43

Obama: "Qəzzafini aradan götürün"

Story Code : 62345
Obama: "Qəzzafini aradan götürün"
Obama: "Qəzzafini aradan götürün"
Milli.Az xəbər portalı "ABC News"a istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama Pentaqonun Liviyada məxfi əməliyyatlara başlaması barədə gizli sərəncam imzalayıb. Əməliyyat Liviya lideri Muəmmar Qəzzafinin hakimiyyətdən kənarlaşdırılması üçün üsyançılara yardım məqsədi güdür.

Sənəddə "xüsusi vəziyyət yarandığı təqdirdə" ABŞ-ın üsyançıları silah və hərbi texnika ilə təmin etməsi də nəzərdə tutulur.

Ağ Evin rəsmi nümayəndəsi məlumatların məxfi olduğunu bildirərək sərəncamı şərh etməkdən boyun qaçırıb.

"Üsyançılara silah verilməsi barədə qərar qəbul olunmayıb. Lakin belə qərarı istisna etimirik. Liviya xalqına dəstək verilməsinin bütün variantlarını nəzərdən keçiririk", - Ağ Evin mənsubu söyləyib.

Comment