0
Saturday 1 April 2017 - 16:30

“Riyad, Doha və Türkiyədə olan xainlər Suriya xalqının dərdlərini hiss etmək istəmirlər”

Story Code : 623646
“Riyad, Doha və Türkiyədə olan xainlər Suriya xalqının dərdlərini hiss etmək istəmirlər”
İslamazeri.com “Al Manar”-a istinadən xəbər verir ki, Cenevrədə keçirilən müzakirələrdə olan Suriya heyətinin sədri müzakirələrin nəticələri barədə açıqlama verib:

“Bu dəfəki müzakirlərdə müxalif qruplar bizim təklifimimizə heç bir cavab bildirmədi. Əsas müzakirə etdiyimiz mövzular hakimiyyət, konstitusiya, seçkilər və terrorizm oldu. Digər tərəflər terrorla mübarizə aparmaq niyyətində deyillər. Onlar hakimiyyətin açarını əldə etmək istəyirlər. Riyad, Doha və Türkiyədə olan xainlər Suriya xalqının dərdlərini hiss etmək istəmirlər. Biz Cenevrədə keçirilən müzakirələrin və Rusiya və İran tərəflərinin səylərinin önəmini bir daha vurğulayırıq. Suriyanın gələcəyi barədə qərar verəcək qüvvə Suriya xalqıdır, ABŞ və ya BMT nümayəndəsi yox!”
Source : İslamazeri
Comment