QR CodeQR Code

NATO Liviyadakı əməliyyatlara rəhbər təyin etdi

31 Mar 2011 18:41

IslamTimes - Liviyada NATO tərəfindən keçirilən əməliyyata kanadalı general rəhbərlik edəcək


Bu günədək keçirdiyi əməliyyatlarda yüzlərlə günahsız insanı qətlə yetirən Qərb bu gün əməliyyatlara yeni rəhbər təyin edib.

“Şəfəq yolçuluğu” əməliyyatına cəlb olunan NATO hərbi qüvvələri BMT Təhlükəsizlik Şurasının Liviyaya dair 1973 saylı qətnaməsini yerinə yetirilməsini təmin edirlər”.

APA-nın məlumatına görə, bu bəyanatla əməliyyata rəhbərlik edən kanadalı general Şarl Buşar çıxış edib. Xatırladaq ki, NATO bu gündən Liviyada əməliyyata komandanlığı qəbul edib. General bildirib ki, əməliyyata 100-dən artıq qırıcı və bombardmançı təyyarə cəlb olunub. Bu gün 90-dan artıq uçuş keçirilib, Aralıq dənizində 12 freqat döyüş növbəsi çəkir.


Story Code: 62418

News Link :
https://www.islamtimes.org/az/news/62418/nato-liviyadakı-əməliyyatlara-rəhbər-təyin-etdi

Islam Times
  https://www.islamtimes.org