QR CodeQR Code

Oğulları Qəzzafiyə qarşı çıxdı

Milli.az , 1 Apr 2011 09:51

IslamTimes - Tripoli Londonla gizli danışıqlarda nəyi müzakirə edəcək?


Liviya lideri Müəmmar Qəzzafinin rejimi Britaniyanın hakimiyyət dairələri ilə gizli danışıqlar aparır. "The Guardian" bildirir ki, bu məqsədlə Liviya liderinin oğlu Səif əl İslamın ən yaxın köməkçilərindən biri Məhəmməd İsmayıl Londona göndərilib.

İsmayılın səfəri Liviya rəhbərliyi və Qərb arasında danışıqların bir mərhələsi ola bilər. Qəzzafi son həftələr ölkədə yaranmış vəziyyətdən çıxış yolu arayır.
Qərblə danışıqlarda Qəzzafinin oğulları xüsusi rol oynayır. Onlar ölkədə radikal hakimiyyət dəyişikliyinə yol verməmək üçün atalarını iqtidardan kənarlaşdırmağı da istian etmirlər.



Story Code: 62484

News Link :
https://www.islamtimes.org/az/news/62484/oğulları-qəzzafiyə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org