0
Wednesday 5 April 2017 - 19:52

İnhisarçı-oliqarx bananı niyə bahalaşdırdı

Story Code : 625038
İnhisarçı-oliqarx bananı niyə bahalaşdırdı
Virtualaz.org xəbər verir ki, bu haqda “Jamanax” qəzeti yazır. Bildirilir ki, seçkilərdən sonra Ermənistanda bütün mağazalarda banan qəfil bahalaşıb, seçkidən əvvəl bananın kiloqramı 650-700 drama (1.3-1.4 dollar) satılırdısa hazırda qiymət 730-750 drama qalxıb. Ermənistanda banan idxalına hakim partiyadan deputat Miqran Poqosyan və onun “Ketrin Group” şirkəti nəzarət edir. Banandan başqa Ermənistanda benzin də bahalaşıb. Hazırda benzinin litri seçkilərdən əvvəlki qiymətdən 50 dram yuxarı-380 drama satılır. Bahalaşma bütün markalardan olan benzinlərdə və dizel yanacağında baş verib. Dizel yanacağı nisbətən az-10 dram bahalaşıb. Yanacaq idxalı da Ermənistanda Sərkisyan və klanının inhisarındadır. Qəzet bu bahalaşmanı seçkilərlə əlaqələndirir. Yazır ki, hakim partiya və onu dəstəkləyən oliqarxlar seçkilərdə seçiciləri pulla ələ almaq üçün xərc çəkiblər. İndi xərclədikləri pulları geri qaytarırlar. Gözlənilir ki, növbəti bahalaşma dalğası İrəvan meriyasına seçkilərdən sonra-mayda olacaq. Çünki hakimiyyət yenə rüşvət paylayacaq, başqa xərclər olacaq və pulları qiymətləri artırmaqla qaytaracaqlar. Xatırladaq ki, Azərbaycanda da banan qəfil bahalaşıb, ancaq Novruz bayramı ərəfəsində. Həmin ərəfədə bananın 1 kiloqramı 2 manat-2 manat 50 qəpik idisə bayrama az qalmış qiymət az qala iki dəfə “sıçradı”. Hazırda bananın kiloqramı 3 manat 50 qəpikdir.
Comment