0
Wednesday 5 April 2017 - 21:02

Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Story Code : 625057
Zakir Həsənov Səudiyyə Ərəbistanı kralı ilə görüşüb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Səudiyyə Ərəbistanının Dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, Mədəniyyət və İnformasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rasim Rzayev də iştirak ediblər.
Comment