QR CodeQR Code

Məşhəddə baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb

5 Apr 2017 21:07

IslamTimes - Müqəddəs Məşhəd şəhərində baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb.


Maide.Az xəbər verir ki, bunu İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kulivənd deyib. O bildirib ki, Müqəddəs ziyarətgahın xidmətçilərinin qabaqlayıcı tədbirləri nəticəsində İmamın hərəminə heç bir ziyan dəyməyib. P.Kulivənd deyib ki, əldə olunan məlumata görə, bəzi kəndlərdə 70 faiz dağıntılar baş verib. “Xəsarət alanların dəqiq sayı hələlik bilinmir və zəlzələ geniş miqyasda baş verdiyi üçün xəsarət alanların sayı arta bilər. Məşhəd və Fəriman şəhərlərində bütün xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib.” Qeyd edək ki, Xorasan Rəzəvi əyalətində baş vermiş zəlzələ nəticəsində indiyədək 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.


Story Code: 625060

News Link :
https://www.islamtimes.org/az/news/625060/məşhəddə-baş-vermiş-zəlzələ-imam-rzanın-ə-hərəminə-heç-bir-ziyan-vurmayıb

Islam Times
  https://www.islamtimes.org