1
Thursday 6 April 2017 - 00:36

“İmişlidə 100 min qaçqına kömək göstərdik”…

Story Code : 625096
“İmişlidə 100 min qaçqına kömək göstərdik”…
İranın Bakıdakı keçmiş hərbi atteşesi və mərhum Heydər Əliyevin hərbi məsələlər üzrə müşaviri Mənsur Həqiqətpur “Badkubeh” saytına verdiyi müsahibəsində İranın Qarabağ müharibəsi zamanı Azərbaycana etdiyi yardımların bir hissəsinə toxunaraq maraqlı açıqlamalar verib.
M.Həqiqətpur mərhum Heydər Əliyevin Qarabağın ermənilərdən geri alınmasında İranın yardımlarına ehtiyacı olduğunu dilə gətirdiyinə işarə edərək deyib: “Qarabağ müharibəsi zamanı İran Azərbaycan Respublikasını dəstəklədi. Mən o vaxtlar Əliyevin hərbi məsələlər üzrə müşaviri idim. Heydər Əliyevə hərbi hesabatlarımı verərkən, daima mənə deyirdi ki, siz Aşura korpusunuzu gətirin və Qarabağı alın, qoy Qarabağ İranın nəzarətinə keçsin, bu Qarabağın erməni nəzarətində qalmasından daha yaxşı olardı. Deyirdi, nə üçün Bakıda şiə axtarırsınız? Mən həm Heydərəm, həm də Əli – İkiqat şiəyəm!”
Jurnalistin – “Qarabağ müharibəsində İranın dəstəyi hansı səviyyədə idi?”, – sualına cavab verən Həqiqətpur deyib ki: “Biz Azərbaycanı qurtardıq, əks təqdirdə Ermənistan Bakını da alardı… Əgər İran mənim vasitəmlə minalar və silahla dolu o təyyarəni Rövşən Cavadova yetirməsəydi, ermənilər qalan əraziləri də almışdılar. Əgər İranın Qırmızı Aypara Cəmiyyəti mənim vasitəmlə yüz min Qarabağ qaçqınını İmişlidə yerləşdirməsəydi, suyunu, yeməyini və təhlükəsizliyini təmin etməsəydi, elə həmin qaçqınlar gedib prezident sarayını uşurardılar”.
Daha sonra Həqiqətpur, İran İR-nı Azərbaycan xalqının gözündən salmağa çalışaraq İranın Qarabağ müharibəsi zamanı Azərbaycanlı qardaşlarına etdiyi köməyi gizlətməyə çalışanların da cavabını verib: “Bu saat Bakının İrana 30 milyon dollar borcu var. Lakin, İran çox təvazökardır və heç vaxt bu məsələni bəyan etmir. Əgər İranın yerinə Türkiyə olsaydı, indiyə qədər pulun özünü yaxud da həmin borcun on qat dəyərindən çox bir imtiyaz almışdı… Bakıda oturub İrana qarşı mənfi təbliğat aparanların nə özü, nə də ailə üzvlərindən heç biri müharibədə iştirak etməmişdir. Lakin, Qarabağ müharibəsində mənim maşınım mina üstünə çıxaraq, param-parça oldu. Biz Bakıda 6500 nəfərə hərbi təlim keçdik. O vaxtlar, əsgərləri Bakı küçələrində sıralayırdıq və Bakı sakinləri də bunun şahidi olmuşlar”…
Source : Badkubeh
Comment