0
Friday 7 April 2017 - 11:06

Seyid İbrahim Rəisi prezident seçkilərində iştirak edəcək

Story Code : 625477
Seyid İbrahim Rəisi prezident seçkilərində iştirak edəcək
İslamazeri.com-un “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bu gün “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvləri İmam Xomeyninin (r) məzarı ətrafında toplaşıb.

Toplantıda, Məşhəd şəhərində zəlzələnin baş verməsi münasibətilə iştirak edə bilməyən höccətül-islam Seyid İbrahim Rəisi öz nümayəndəsini yollayıb.

Rəisinin seçkilərdə iştirak etmək barədə qərar verdiyini deyən nümayəndəsi Sulət Murtəzəvi, yaxın günlərdə platformasını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, İran universitetlərin 60-a yaxın tələbə təşkilatı və birliyi Rəisiyə məktub yazaraq seçkilərdə iştirak etməsini xahiş etmişdilər.
Source : İslamazeri
Comment