0
Friday 1 April 2011 - 19:24

Bakıda sabitliyi iqtidar pozdu

Story Code : 62554
Bakıda sabitliyi iqtidar pozdu
Bakıda sabitliyi iqtidar pozdu
Musavat.com-a verilən xəbərə görə, iqtidar texnoloqları liderlərə qarşı da müəyyən tədbirlər görməyə başlayıblar. "Yeni Müsavat"ın əməkdaşı Emil Salamoğlunun verdiyi məlumata görə, bu gün 16.30 radələrində AXCP sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası təşkil olunub. Əli Kərimli əleyhinə şüar qışqıran "etirazçı"ların tərkibi əsasən tələbələrdən və məktəblilərdən ibarətdir. Onlar "xainlərə ar olsun" şüarı qışqırırb, müxalifət liderlərinin ölkədə qarşıqılıq salmaq cəhdlərinə öz "etirazlarını" bildiriblər. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin binasının iki addımlığında keçirilən icazəsiz aksiyaya polis müdaxiləsi olmayıb. Tələbələri ötən il parlament seçkilərində Qənimət Zahidin alternativi olan Sevinc adlı qadın yönəldib. Əli Kərimliyə qarşı təhqiramiz ifadələr səsləndirən gənclər daha sonra Heydər Əliyev adına saraya qədər yürüş ediblər.
Azadlıq yazır: Ə. Kərimli bildirib ki, bu ilk növbədə onun göstəricisidir ki, hakimiyyət son proseslərdən çox narahatdır: “Mən əsas diqqəti buna cəlb etmək istəyirəm. Baxın, keçən il Müsavatla bir yerdə 10 aksiyamız olub. Ondan əvvəl də bizim müxtəlif formada mitinqlərimiz, etirazlarımız olub. Amma nə zaman bu həddə qədər isterika artmışdı? Deməli, hökumət heç vaxt indiki qədər narahat olmayıb, öz hakimiyyətini indiki qədər kövrək saymayıb. İndiki qədər təlaş keçirib absurda qədəm qoymayıb. Bu, bunun hamısı onun göstəricisidir ki, hakimiyyət təlaş içindədir, haradasa başını itirib. İsterik reaksiyalar verir, absurd hərəkətlər edir. Burda bir şey də diqqəti cəlb edir ki, hökumət bizim apardığımız dinc mübarizəni məcrasından çıxarmağa çalışır, zorakılıq, qarşıdurma müstəvisinə keçirsin. Mən bu tədbir olan zaman iclasda idim. Xəbər tutan kimi birinci işim o oldu ki, partiyanın müvafiq strukturlarına tapşırıq verdim ki, heç bir əks-tədbir görülməsin. Bilirsiniz, 2005-ci ildə bizim ofisimizin qarşısında tədbir keçirdilər. O zaman bizim də sərt reaksiyalarımız olurdu. Azərbaycan mətbuatı bunu bilir. Amma mən diqqətin 2 aprel aksiyasından yayınmaması üçün və 2 aprel ərəfəsi qarşıdurmaya zəmin yaranmasın deyə göstəriş verdim ki, heç bir əks-aksiya təşkil olunmasın. Dözümlü şəkildə bu tərbiyəsizliyi də yola verdik. Mesajımızı da Azərbaycan hökumətinə çatdırdıq ki, belə səviyyəsiz aksiyalarla bizi yolumuzdan döndərmək olmaz. Belə səviyyəsiz aksiyalarla nə cəmiyyətin Əli Kərimliyə etimadını sarsıtmaq olar, nə də İlham Əliyevin artıq laxlamış reputasiyasını bərpa etmək. Hesab edirəm ki, Bu aksiya ilə onlar heç nəyə nail olmadılar, mənim İctimai Palatanın ümumi siyasətindən fərqli ayrıca, fövqəladə, xüsusi bir siyasətim yoxdur. Mən İctimai Palatanın Koordinasiya şurasının üzvü olaraq biz hamımız birlikdə dinc etirazlar təşkil etmək niyyətindəyik. Belə hərəkətlər bizi bu yolda yarımçıq qoya bilməz. Biz bəri başdan bəyan edirik ki, bizim belə etiraz aksiyalarımız davam edəcək.
Azərbaycan hökuməti bilməlidir ki, təkcə biz deyil, xalq da ona qarşı müxalifdədir”.

Source : HaqqYolu
Comment