Bu gün Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqi olub. Mitinq Yasamal rayonu İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) baş tutub. Mitinqdən əvvəl polis general-mayoru Səhlab Bağırovun verdiyi məlumata görə, mitinqdə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.