0
Thursday 12 February 2009 - 23:51

İSRAİLDƏ ELAN EDİLMƏMİŞ FÖVQƏLADA VƏZİYYƏT

Story Code : 626
İSRAİLDƏ ELAN EDİLMƏMİŞ FÖVQƏLADA VƏZİYYƏT
İslam-Azerinin Əl-Manar telekanalının rəsmi saytına istinadlı xəbərinə görə, İsrail əsgərlərinin sərhəddə yığılmasının səbəbi Hizbullah komandiri İmad Muğniyənin Şamda İsrail terroru nəticəsində öldürülməsinin ilk ildönümü olmasıdır.

Livan təhlükəsizlik mənbələri sərhəddə İsrail əsgərlərinin, polislərinin və hərbi texnikasının artırıldığını önə çəkib.

Hizbullahın qurulmasından sonra İsrailə qarşı mübarizəsini Hizbullaha qatılaraq davam etməyə başlayan İmad Muğniyə, əməliyyatlarda komandir vəzifəsilə İsrailin 2000-ci ildə cənubi Livandan çəkilməsində son dərəcə əhəmiyyətli bir rolu olmuşdur.
İsraillə edilən 2006-cı ildəki İyul döyüşünə də komandirlik edən İmad Muğniyə, "İsrailin məğlubedilməz əfsanəsinə son verən Ərəb komandir" deyə məşhurlaşmışdı.
İmad Muğniyəyə istiqamətli daha əvvəl də bir çox sui-qəsd təşəbbüsündə olan İsrail, 1996-cı ildə rəsmi olaraq bir hücum reallaşdırmış, Beyrutda həyata keçirilən bu terror nəticəsində İmad Muğniyənin qardaşı Fuad Muğniyə həyatını itirdi.
Bir çox səylərdən sonra İmad Muğniyə, 12 Fevral 2008 də Suriyanın paytaxtında terror aktı zamanı şəhid edilmişdi.
İmad Muğniyyə Raqib Hərb və Şəhid Musəvidən sonra şəhid edilən Hizbullahın üçüncü yüksək rütbəlisi sayılır.
Comment