QR CodeQR Code

Şəhərlər çəpərlənir!

1 Apr 2011 23:33

IslamTimes - "Arayış verin ki, aprelin 2-də sizin işçilərinizin hamısı rayon ərazisində oalcaq"


Zərdabdan verilən xəbərə görə, icra hakimiyyətinin başçısı bütün idarə və təşkilatların rəhbərlərindən tələb edib: arayış verin ki, aprelin 2-də sizin işçilərinizin hamısı rayon ərazisində oalcaq – yazır Azadlıq. Şaşırmış idarə və təşkilat rəhbərlərinə izah edilib: gün ərzində onların hamısını telefon və sair rabitə imkanları ilə arayıb rayon ərazisində olduqlarını yoxlayın.
İcra başçısı gün ərzində əhaliyə toy konserti də verməyi unutmayıb: mədəniyyət evinin qarşısında quraşdırılmış reproduktorlar gün ərzində toy havaları ilə əhalinin qulağını dəng edib. Bu konsertin aprelin 2-də də gün ərzində “fırlanacağı” qəti qərara alınıb.
Deyəsən, bir- iki mitinqdən sonra kütləvi aksiyaların elan edildiyi gün bütün rayonların hüdudlarına çəpər çəkiləcək və yerli əhali icra başçılarının zövqünə uyğun nəğmələrə qulaq asmağa məcbur ediləcək. /HaqqYolu/


Story Code: 62618

News Link :
https://www.islamtimes.org/az/news/62618/şəhərlər-çəpərlənir

Islam Times
  https://www.islamtimes.org