QR CodeQR Code

Pentaqon: ABŞ Liviya obyektlərini bombalamayacaq

2 Apr 2011 09:28

IslamTimes - ABŞ bazar günündən etibarən «Tomaqavk» qanadlı raketlərinin köməyilə Liviyadakı obyektləri vurmağa son qoyacaq.


Bu barədə Pentaqondakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bazar günü ABŞ hərbi təyyarələrinin Liviya obyektlərinə hücumları da dayandırılacaq. Bütün bu addımlar prezident Barak Obamanın ABŞ HHQ və HDD-nin Liviyadakı əməliyyatda iştirakını azaltmaq barədə qərarına əsasən atılır.

Mənbə bildirib ki, əgər Liviyada vəziyyət pisləşsə və NATO Pentaqondan yenidən öz qüvvəsini Liviyadakı əməliyyata cəlb etməyi xahiş etsə, ABŞ hərbçiləri yenə də əməliyyatda iştirak edəcəklər.


Story Code: 62650

News Link :
https://www.islamtimes.org/az/news/62650/pentaqon-abş-liviya-obyektlərini-bombalamayacaq

Islam Times
  https://www.islamtimes.org