0
Saturday 2 April 2011 - 09:43

Bakıda "ərəb inqilabı" başlayır

Story Code : 62651
Bakıda "ərəb inqilabı" başlayır
Bakıda "ərəb inqilabı" başlayır
Bu gün saat 14-də Fəvvarələr meydanında İctimai Palatanın təşkilatçılığı ilə ümumxalq mitinqi keçiriləcək. Mitinq komitəsi aksiyaya çox ciddi hazırlıq işlərinin həyata keçirildiyini bəyan edib və dünən xalqı 2 aprel mitinqində aktivliyə çağırıb. Hakimiyyət isə ümumxalq mitinqindən təlaşa düşüb. Paytaxtda iki gündür həbslər keçirilir. Dünən axşam saatlarında mitinq komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.


BŞBPİ-nin və Bakı Şəhər Prokurorluğunun rəhbərliyi onlara icazəsiz mitinq keçirməməyi tövsiyə edib. Mitinq komitəsinin üzvləri isə aksiyanın keçiriləcəyini bəyan ediblər. Hakimiyyətin təlaşı o dərəcədə böyükdür ki, dünən günün ikinci yarısı Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də BŞBPİ-yə dəvət olunublar.
Hər iki partiya lideri ilə BŞBPİ rəisi, general Rafiq Abbasov və Bakı Şəhər prokuroru Əziz Seyidov görüşüblər. Liderlərə də razılaşdırılmamış mitinq keçirməmək xəbərdarlığı edilib. İsa Qəmbər və Əli Kərimli 2 aprel mitinqinin keçiriləcəyini bildiriblər.

***

Hakimiyyətin martın 29-dan müxalifətçiləri kütləvi həbs etdirməsi aprelin 1-də də davam edib. Xüsusilə, bölgələrdəki müxalifətçilərə təzyiq artıb. Onların Bakıdakı mitinqə gəlməsinə əngəl yaradılır.
İlk olaraq Gədəbəydən Bakıya gəlmək istəyən Rizvan və Ramin Ələkbərov qardaşları, onlarla bir maşında olan Arzu Musayev və Kifayət Musayeva Şəmkir rayon polisləri tərəfindən saxlanılaraq polis bölməsinə aparılıblar. Arzu və Kifayət sərbəst buraxılsa da, Rizvan və Ramin polis idarəsində saxlanılır.

***

Martın 31-də isə həbs olunanların bir neçəsindən məlumat yox idi. Artıq gənc fəal Rövşən Nəsirli məhkəmə qərarı ilə 9 sutkalıq həbs cəzası alıb. Müsavat Gənclər Təşkilatının üzvü Xalid Amanlıya Yasamal Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq həbs cəzası verilib. İctimai Palatanın üzvü İbrahim Əhmədzadə isə Sumqayıtda 7 sutkalıq həbs cəzası alıb. KXCP fəalı Xanlar Laçınov Yevlax məhkəməsinin qərarı ilə 7 sutka həbs cəzasına məhkum edilib. AXCP sədrinin sürücüsü Kərim Mehdiyevə 13 sutka həbs verilib.
Source : Müsavat
Comment