0
Wednesday 12 April 2017 - 22:05

ABŞ-a görə narkotikin qarşısını ala bilmirik – Prezident

Story Code : 627240
ABŞ-a görə narkotikin qarşısını ala bilmirik – Prezident
Axar.az xəbər verir ki, bunu MİR televiziyasına müsahibəsində Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.
 
“Niyə narkotik dövriyyəsi artıb? Niyə Əfqanıstandan başqa ölkələrə narkotik tədarükü çoxalıb? Ona görə ki, Taliban pis-yaxşı narkotiklərin becərilməsi ilə mübarizə aparırdı, amerikalılar gələndə isə belə şey onların vecinə də olmadı”, – deyə o bildirib.
 
Qeyd edək ki, narkotiklərin Əfqanıstandan daşınması üçün Mərkəzi Asiya ən vacib yollardan biri sayılır. Bu yol vasitəsilə daha çox heroin və həşiş daşınır.
 
Hər il bu regiondan 75 tona qədər narkotik keçir.
Comment