QR CodeQR Code

Polis politoloq İlqar Məmmədova zor tətbiq edib

3 Apr 2011 00:40

IslamTimes - “Etirazını bildirmək, sərbəst toplaşmaq hər bir vətəndaşın haqqıdır."


Politoloq, ReAL Hərəkatının həmsədri İlqar Məmmədov Gənc Tamaşaçılar Teatrının yaxınlığında jurnalistlərə açıqlama verən zaman saxlanıb.

“Media forum” saytının əməkdaşı xəbər verir ki, İlqar Məmmədov 2 aprel aksiyasına münasibət bildirərkən bunları deyə bilib: “Etirazını bildirmək, sərbəst toplaşmaq hər bir vətəndaşın haqqıdır. Biz bu təşəbbüsü dəstəkləyirik və Azərbaycan ictimaiyyəti, eləcə də gənclər ölkədə baş verən qanunsuzluqlara öz etirazlarını bildirmək üçün meydana çıxıblar”.

Polis əməkdaşları politoloqun sözünü yarıda kəsərək onu zorla taksiyə əyləşdirib ərazidən uzaqlaşdırıblar.

Gənclərin paytaxt mərkəzinin müxtəlif yerlərində “Azadlıq”, “Diktaturaya son!”, “İstefa” şüarları səsləndirdiyi xəbər verilir. Onlarca gənc buna görə tutulub.


Story Code: 62752

News Link :
https://www.islamtimes.org/az/news/62752/polis-politoloq-ilqar-məmmədova-zor-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org