0
Sunday 3 April 2011 - 00:56

Mitinqlər davam edəcək

Story Code : 62757
Mitinqlər davam edəcək
Mitinqlər davam edəcək
İctimai Palatanın Koordinasiya Şurası son günlər AXCP sədri Əli Kərimliyə qarşı evinin önündə təşkil olunan əxlaqsız kampaniya ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir:
“AXCP sədri Əli Kərimlinin şəxsiyyətinə və ailəsinə qarşı mənzili önündə təşkil olunan kampaniya və bu zaman bütün mənəvi və əxlaqi hədlərin aşıldığı Azərbaycan Respublikasının dövlət başçısı, YAP sədri İlham Əliyevin diqqətinə çatdırılsın. Bildirilsin ki, bu çirkin kampaniyanın YAP tərəfindən təşkil olunduğu və ailəyə yaxın televiziyalarda işıqlandırıldığı açıq aydın ortadadır.
İctimai Palatanın Koordinasiya Şurası xatırladır ki, xairici mediada hakim ailə barədə dərclər müxalifət mediasında işıqlandılmır və siyasi təbliğatda vasitə kimi istifadə olunmur. İctimai Palatanın Koordinasiya Şurası cənab İ.Əliyevi bu işə şəxsən müdaxilə etməyə və çirkin kampaniyanın sonlandırılması üçün tədbir görməyə çağırır”.
İctimai Palata 2 aprel mitinqi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, bu aksiya son illərin ən böyük aksiyasıdır.
İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, aksiya baş tutub və öz məqsədinə nail olub: «Aksiya dinc və sivil formada həyata keçirilib. Bir neçə obyektə naməlum şəxslər tərəfindən zərər vurulub. Bu, açıq-aşkar hakimiyyətin təxribatıdır».
İctimai Palata bildirir ki, hakimiyyət dinc aksiyaya qarşı kütləvi zorakılıq və qəddarlıq tətbiq edib: «Aksiyaçılara qarşı gözyaşardıcı qazdan, elektroşok və dəyənəklərdən istifadə olunub. 200-dən artıq aksiya iştirakçısı saxlanılıb. Saxlanma yerlərində tutulanlara işgəncə verilib. Yalnız Səbail rayon Polis İdarəsində havasız və işıqsız kiçik bir kamerada 54 nəfər mitinq iştirakçısı saxlanılıb».
İctimai Palatanın Koordinasiya Şurası bu qanunsuz hərəkətlərə etirazını bildirir və zorakılıq tətbiq edilməsinin təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir.
İctimai Palata bəyan edir ki, repressiya və zorakılığa baxmayaraq, 2 aprel mitinqinin qətnaməsində əks olunan tələblərin yerinə yetirilməsi məqsədilə kütləvi aksiyalar davam etdiriləcək. /HaqqYolu/

Comment