0
Sunday 3 April 2011 - 07:15

NATO mülki vətəndaşları hədəfə aldı

Story Code : 62770
NATO mülki vətəndaşları hədəfə aldı
NATO mülki vətəndaşları hədəfə aldı
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Liviyanın inqilabçı qüvvələri elan ediblər ki, NATO-nun ötən günki hava hücumları nəticəsində ən azı 13 fəal inqilabçı və çox sayda digər dinc sakin qətlə yetirilib. 

Eyni zamanda Müəmmər Qəzzafi rejimi NATO qırıcılarının Əl-Bəriqə kəndinə hücumu nəticəsində 7 mülki vətəndaşın həlak olduğunu bildirib. 

NATO-nun bu hücumları bir halda baş verir ki, cümə günü Vatikan rəsmilərindən biri NATO-nun hücumları nəticəsində onlarla liviyalının qətlə yetirildiyi haqda söz açmışdı. 

Koalisiya qüvvələri özü də bu günədək onlarla günahsız insanın qətlə yetirildiyi barədə məlumatları təsdiqləyibdir.
Comment