QR CodeQR Code

Fuə və Kəfərya sakinləri terrorçuların hücumuna məruz qaldı: Çox sayda ölən və yaralı var

İslamazeri , 16 Apr 2017 14:48

Islamtimes - Hələbin qərbində baş verən partlayışda ölənlərin sayı durmadan artmaqdadır.


İslamazeri.com Press TV-yə istinadən xəbər verir ki, Fuə və Kəfərya bölgəsinin sakinlərini daşıyan avtobusun yaxınlığında bomba ilə quraşdırılmış yük maşınının partlaması nəticəsində 10-u azyaşlı uşaq olmaqla 100 nəfər şəhid olub.

Su içmək üçün avtobuslardan düşən sakinlər bu partlayışa tuş gəliblər.

Hadisə nəticəsində yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, Hələbdəki terrorçular və ailələrinin azad edilmələri müqabilində Hələbin qərbində mühasirədə olan Fua və Kəfərya sakinlərinin oradan köçürülməsi Türkiyənin də iştirak etdiyi razılaşmada öz əksini tapmışdı. Lakin terrorçu qruplaşmalar verdikləri vədə əməl etmədikdən sonra, sakinlər bəzi təhlükəli yollarla oradan uzaqlaşmağa qərar vermiş, lakin bu cür xain hücumlara məruz qalmaqdadırlar.


Story Code: 628228

News Link :
https://www.islamtimes.org/az/news/628228/fuə-və-kəfərya-sakinləri-terrorçuların-hücumuna-məruz-qaldı-çox-sayda-ölən-yaralı-var

Islam Times
  https://www.islamtimes.org