0
Monday 17 April 2017 - 00:01

Ayətulah Xamenei Şərqi və Qərbi Azərbaycanda daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

Story Code : 628347
Ayətulah Xamenei Şərqi və Qərbi Azərbaycanda daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei İranın aidiyyatı qurumlar və məsul şəxslərdən təcili olaraq təbii fəlakətdən ziyan görmüş insanlara yardım göstərilməsini istəyib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Allahın Adı ilə
Şərqi Azərbaycan, Qərbi Azərbaycan,Kürdistan və Ərdəbil əyalətlərində baş vermiş sel nəticəsində əziz vətəndaşlarımızdan bir qismi həyatını itirib. Çoxli maddi ziyanlar dəyib. Ağrılı və faciəli bir hadisədir. Mən kədərlənərək bu faciə qurbanlarının ailələrinə başsağlığı verirəm və onların dərdinə şərikəm. Allahdan onlar üçün səbir və qəlblərinin sakinliyini, hadisə qurbanlarına Allahdan rəhmət və bağışlanmaq diləyirəm. Bütün aidiyyatı qurumların məsul şəxslərindən istəyirəm ki, təcili olraq hadisədən ziyan görmüş insanlara yardım etsinlər və onların ağrı və acılarını azaltsınlar. Aidiyyatı qurum rəhbərləri öz borclarını yerinə yetirməkdə heç gecikmə və səhlənkarlıq etməsin. Ümid edirəm Allah öz lütf və yardımını hadisə qurbanlarına və onlara yardım göstərənlərə edəcəkdir. "
Source : Maide
Comment