0
Tuesday 18 April 2017 - 14:19

İran prezidentiliyinə ən iddalı namizəd: Bunlara əməl olunmayıb...

Story Code : 628742
İran prezidentiliyinə ən iddalı namizəd: Bunlara əməl olunmayıb...
İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, ölkədə iqtisadi və ictimai problemlərin şahidi olduğunu deyən Ayətullah Rəisi deyib: “İmam Xomeyni və Ayətullah Xameneinin vurğuladığı məsələlərə əməl olunmayıb. Xalqın itimai rifahı, yaşayış məsələləri çox nöqsanlı vəziyyətdədir. Bu problemlər bütün xalqın əl-ələ verməsilə həll ola bilər. İmamın xətti və baxışıyla addımlayan islahatçı və mühafizəkarlar fəal olmaldırlar".

Prezident seçkilərinə əsas iddialı namizədlərdən olan Rəisi ölkədəki əsas dəyişikliyin icra yönündə olmasını bildirərək "Mənim fikrimə görə bu yöndə baş verəcək ilk dəyişiklik icra yönündə olan idarəçilikdə olmalıdır. Biz ölkədə, insanın hörmətini uca tutacaq bir dövlət istəyirik. İslam inqilabı dostları və tərəfdarları ümidsizliyə qapılmamalıdırlar.", -deyə əlavə edib.

Ayətullah Rəisi sözlərinin davamında İslam İnqilabının hədəflərinin hər bir siyasi ideyadan onun üçün üstün olduğunu deyib: "Ölkədə partiya və ya müxtəlif tərəflər deyil, İslam İnqilabının hədəfləri təbliğ olunmalıdır. Bir tələbə və ölkənin əsgəri olaraq mənə bəslənən məhəbbətə görə minnətdaram. Ümid edirəm ki, öz vəzifəmizi tanımaqla, İslam Respublikasının hədəflərini reallaşdırarıq.”
Source : Islamazeri
Comment