0
Sunday 3 April 2011 - 16:03

Milyonlarla misirli Əhli-Beyti müdafiə məqsədi ilə nümayiş keçirdilər

Story Code : 62897
Milyonlarla misirli Əhli-Beyti müdafiə məqsədi ilə nümayiş keçirdilər
Milyonlarla misirli Əhli-Beyti müdafiə məqsədi ilə nümayiş keçirdilər
Islam times.org/az/ - Misir Ərəb Respublikasının İskəndəriyyə şəhərində Cümə namazından sonra milyonlar müsəlmanın nümayşi başlayıb.

Nümayişə səbəb radikal sələfi təriqətindən olan vəhhabilərin Misirdə yerləşən Əhli-Beyt mənsublarının məzarlarının dağıdılması olub. Nümayişçilər bildiriblər ki, vəhhabilər Misrin Qəlyub və digər şəhərlərində müqəddəs məzarlarının dağıdılmasına son qoysunlar.

Əhli-Beyt müdafiə şurasının rəhbəri Mühəmməd əl-Dirini bildirib ki, nəqədər ki, Əhli -Beyt məzarlarının dağıdılmasına son qoyulma
ıb nümayişlər davam edəcək.

Əlavə olaraq Haşimiyyə təriqətinin rəhbəri Seyyid əl-Haşimi bilidrib: “Biz öz canımızı Əhli- Beyt yolunda fəda etmişik. Nə qədər ki, radikal sələfi vəhhabilər öz əməllərindən əl çəkməyiblər biz də şiələrlə birlikdə nümayişləri davam etdirəcəyik.

Misir İslam Araşdırmaları icması əl-Əzhərin şeyxi Əhməd əl-Təbibin başçılığı, Misir Vəqflər Naziri Abdullah əl-Hüseyninin iştirakı ilə verdiyi bəyanatda qəbir və məqbərələrə edilən təcavüzləri qınamışdır.

Xatırladaq ki, Əhli- Beyt nümayəndələrinin məzarlarının Misirdə dağıdılması bu ölkə şiələrinin narahatlığına səbəb olmuşdir.

Yerli vəhhabilər Səudiyyə Ərəbistanından himayə olunaraq Misir inqilabından sonra Əhli -Beyt aşiqlərinə qarşı qərəzli münasibətdə addımlar atırlar.
Reporter :
Source : IslamTimes
Comment