0
Friday 21 April 2017 - 18:29

Əsəd Hələbdə şiələri qətlə yetirənlərin adını çəkdi

Story Code : 629592
Əsəd Hələbdə şiələri qətlə yetirənlərin adını çəkdi
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Hələbdə dinc sakinlərə qarşı baş vermiş terror aktını “Nusra Cəbhəsi” terror təşkilatının silahlıları törədib.

“Bu, “Nusra Cəbhəsi”nin işidir. Onlar ən əvvəldən gizlənmirdilər. Düşünürəm ki, hər kəs bunu “Nusra”nın törətməsi ilə razıdır.

Xatırladaq ki, aprel ayının 15-i Hələbin qərbində yerləşən Raşidin rayonunda şiələrin yaşadığı Fua və Kəfray yaşayış məntəqəsindən olan insanları daşıyan avtobosuların yaxınlığında terror aktı baş verib.
Source : İslamazeri
Comment