QR CodeQR Code

Obama yenidən prezident seçilmək niyyətindədir

4 Apr 2011 07:49

IslamTimes - Öncə sülh şüarları ilə hakimiyyətə gələn Barak Obama prezident seçildikdən sonra Corc Buşun yolunu davam etdirdi


ABŞ prezidenti Barak Obama 2012-ci il prezident seçkilərində iştirak etmək üçün gələn həftə ərizə təqdim edəcək.
“Exo Moskvı” radiosunun verdiyi xəbərə görə, bu barədə Demokrat Partiyasının nümayəndələri jurnalistlərə məlumat verib.  
Bu formal addımdan sonra, prezident Barak Obama seçkiqabağı kampaniya aparmaq üçün vəsait toplaya biləcək. Bu missiya onun köhnə silahdaşı Devid Akselrod Çikaqoda həyata keçirəcək. 2008-ci ildə Obama 750 milyon dollar toplaya bilmişdi.
Onun rəqiblərinin kim olacağı hələ müəyyən deyil. Əsas namizəd arasında yeddi nəfərin adları çəkilir.


Story Code: 63007

News Link :
https://www.islamtimes.org/az/news/63007/obama-yenidən-prezident-seçilmək-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org