QR CodeQR Code

Aprelin 16-na yeni mitinq təyin edildi

4 Apr 2011 13:08

IslamTimes - İctima Palata aprelin 16-na mitinq təyin edib


Repoertyorumuzun verdiyi xəbərə görə, 2 aprel mitinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında xəbər verilib ki, İP yeni bir etiraz aksiyası keçirmək üçün qərar qəbul edib, aksiya aprelin 16-na təyin olunub, hazırlıqlara başlanılıb.

Bundan başqa, jurnalistlərə bildirilib ki, İctimai Palatanın növbədənkənar sessiyası aprelin 9-da keçiriləcək.

Reportyorumuzun verdiyi xəbərə görə, İctimai Palata 2 aprel aksiyası zamanı həbs edilən və varələrində cinayət işi açılacağı gözlənilən şəxslərin hüquqlarını müdafiə etmək üçün müdafiə komitəsi yaradıb. Hüquqşünas Vidadi Mirkamal müdafiə komitəsinin rəhbəri təyin edilib.


Story Code: 63081

News Link :
https://www.islamtimes.org/az/news/63081/aprelin-16-na-yeni-mitinq-təyin-edildi

Islam Times
  https://www.islamtimes.org