QR CodeQR Code

Suriya ordusu Təybət Əl-İmam qəsəbəsini işğaldan azad etdi

Deyerler , 26 Apr 2017 13:42

İslamtimes - Suriya ordusu Hamanın şimalındakı əməliyyatı uğurla davam etdirir.


Deyerler.org xəbər verir ki, Sputnik-ə danışan suriyalı bir polkovnik Təybət Əl-İmam qəsəbəsinin Suriya ordusu tərəfindən azad edildiyini deyib. Açıqlamada qəsəbənin azad edilməsilə yaraqlıların İdlibdəki nəzarəti genişləndirmək planlarının pozulduğu qeyd olunub.

"Yaraqlılar geriyə çəkiləndə şəhərdəki bir çox binanı partlatdılar", - deyə suriyalı polkovnik bildirib.

O, ordunun bir neçə gün əvvəl azad edilən Əs-Suran və Maardəs istiqamətindən hücuma keçdiyini söyləyib: "İki istiqamətdən intensiv hücumun təşkil olunması yaraqlıları qaçmağa vadar etdi. Terrorçular silahlı maşınları da daxil olmaqla maşınlarının bir qismini qoyaraq qaçdı".


Story Code: 631103

News Link :
https://www.islamtimes.org/az/news/631103/suriya-ordusu-təybət-əl-imam-qəsəbəsini-işğaldan-azad-etdi

Islam Times
  https://www.islamtimes.org