0
Wednesday 26 April 2017 - 13:42

Suriya ordusu Təybət Əl-İmam qəsəbəsini işğaldan azad etdi

Story Code : 631103
Suriya ordusu Təybət Əl-İmam qəsəbəsini işğaldan azad etdi
Deyerler.org xəbər verir ki, Sputnik-ə danışan suriyalı bir polkovnik Təybət Əl-İmam qəsəbəsinin Suriya ordusu tərəfindən azad edildiyini deyib. Açıqlamada qəsəbənin azad edilməsilə yaraqlıların İdlibdəki nəzarəti genişləndirmək planlarının pozulduğu qeyd olunub.

"Yaraqlılar geriyə çəkiləndə şəhərdəki bir çox binanı partlatdılar", - deyə suriyalı polkovnik bildirib.

O, ordunun bir neçə gün əvvəl azad edilən Əs-Suran və Maardəs istiqamətindən hücuma keçdiyini söyləyib: "İki istiqamətdən intensiv hücumun təşkil olunması yaraqlıları qaçmağa vadar etdi. Terrorçular silahlı maşınları da daxil olmaqla maşınlarının bir qismini qoyaraq qaçdı".
Source : Deyerler
Comment