0
Thursday 27 April 2017 - 00:09

Yəməndə hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq dünyasını dəyişir

Story Code : 631220
Yəməndə hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq dünyasını dəyişir
Maide.Az xəbər verir ki, bildirilir ki, Yəmən xalqının 2/3-si, yəni təqribən 19 milyon nəfər humanitar yardıma və qorunmağa ehtiyacı var. “Ölkədə 10 milyon nəfərdən çox insan yoxsulluq həddinin altında yaşayır. Ən az 8 milyon insan içməli su problemi ilə üz-üzədir”.

BMT-nin məlumatında bildirilir ki, insani krizis uşaqlar üzərində təsiri daha çoxdur. Ölkədə “qarşısı alına biləcək” səbəblərdən hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq dünyasını dəyişir.

Yəməndəki milyonlarla insanın təcili insani ehtiyaclarının təmin edilməsi üçün daha öncə 2,1 milyard dollarlıq yardım çağırışı etdiklərini xatırladan BMT bildirib ki, bu məbləğin yalnız 100-də 15-i təmin olunub.

BMT-nin Yəmən üzrə İnsani İşlər Koordinatoru Jamie McGoldrck ötən həftə açıqlamasında beynəlxalq ictimaiyyətin Yəməndəki krizisin həlli üçün təcili olaraq hərəkətə keçməməsi ilə ölkədə qıtlığ yaranacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Source : Maide
Comment